Boz qayalar çapıqlandı, qaraldı,Durnaları dönməz oldu dağların.Ala göllər çamırlandı, qaraldı,Durnaları dönməz oldu dağların.

Azad durna yol istədi, yol bölük,Tala bölük, çala bölük, göl bölük.Göylüyünü necə saxlar bu göylük,Durnaları dönməz oldu dağların.

İki cavan bulaqda söz bağladı,Durnaların yoluna göz bağladı.Saxsı sənək göyərdi, buz bağladı,Durnaları dönməz oldu dağların.

Əyriliyə əyilməyən Əyriqar,Yağdı sənə ayrı yağış, ayrı qar.Qoşadağa qoşa güllə qoydular,Durnaları dönməz oldu dağların.

O Vaqifdi – odasına od düşən,O Zakirdi – sədasına od düşən,O Arazdı – səmasına od düşən,Durnaları dönməz oldu dağların...

İyul, 1981

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов