Nobel mükafatı
Nobel mükafatı.... Yazdı qəzetlər,Ucaldı bu adla kiminsə adı.Oslodan, Parisdən, Madridə qədərNobel şərəfinə tərif yazıldı.
Dayan, tərifini burdaca saxla!Məst olma böhtanlar xülyasında sən.Geri dön, tarixi bir an varaqla,Gör onu həqiqət aynasında sən.
Kimindir o qızıl, kimindir o var,Niyə tərifində bundan deyilmir?!Gözlər qamaşdıran o parıltılarBabamın gözünün nuru deyilmi?!
Gör kimin evinin daşı, divarıSoyulub kim üçün cəh-cəlal oldu.Sorulub Bakının şah damarlarıNobel banklarında kapital oldu.
Tarix hökm elədi, qaranquş kimiBahara səslədik bu elləri biz.Sapanda qoyulan qara daş kimiAtdıq yurdumuzdan nobelləri biz.
Tarix haqqımızı qaytardı geri,Sorulan qanımız qayıtmaz artıq.Bizi səsləyəndə döyüş illəriAyılıb gördük ki, gec ayılmışıq...
Bir günlük varımı qaytarsan bir anYurdumda min yeni şəhər yaranar.Çıxarsan neftimi sandıqlarındanAlpın ətəyində Xəzər yaranar...
Demirəm, dayandır mükafatını,Deyirəm, çıxarma bunu yadından;Kimin alın təri, ürək qanınıMükafat verirsən kimin adından!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-nobel-mukafati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün sənin hər gözündə bir gülüş,Biri çılğın, biri tutqun, bürkülü...
OlarmışÖyünəsi bircəm idin, birimdin,Yön tutası qibləm idin, pirimdin.
Dəniz o dənizdi, sahil o sahil...Dəniz göylüyündə qalıb eləcə,Sahil qayaları elə həmindi.
Kimliyim, nəçiliyim...Qəfil düşdüm bəd taleyin kəməndinə mən,Axır dönüb bu halımla barışan oldum.
Стихи других поэтов · О родине
Sünbül dənə dolub əydi başını,Səhərin mehində baxdı torpağa:
Sən ey millət qəhrəmanıMillətin ağır günündəA millətin nankor oğlu,
İndiBizim ellər pərən düşdü, dağıldı,Görəsən necədi oralar indi?
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,