Öyünəsi bircəm idin, birimdin,Yön tutası qibləm idin, pirimdin.Taleyimə dan ulduzu bilirdim,Karvanqıran olmağın da olarmış.

O dolaşa çox yuvalar dolaşıb,Bal dilindən bişirərsən bal aşı.Yüz dodağın artığından bulaşıqBir qədəhə dolmağın da olarmış.

Azan dildi – söz tapdayan, söz yolan,Beş addımda söz yorulan, söz yoran...Nə fərqi var: əyri yalan, düz yalan.Doğruluqdan doymağın da olarmış.

Qal sinəmdə, qal ay sevdam, qal ayçam,Paxır qəlbi ağartmadı qalayçan.Məhəbbətin qanad açan, qol açan,Qol bağlayan qolbağın da olarmış.

Əl soyudu, könül də od qalamır,Gün gün üstə xəzəl kimi qalanır.Bir elinən tikdiyimiz qalanıBir əlinən oymağın da olarmış...

Dekabr, 1980

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов