Ölüm istəyirəm. Qəfil bir ölüm.Bir kibrit ölümü.Barıt ölümü.Bir anda bir ovuc dumana dönüm,İstədiyim səmtə tutum yönümü.

Görüm, hər qonanda dağlar qaşına,O dağdan, o çəndən necə yazmışam.Görüm, hər enəndə bulaq başına,Çiçəkdən, çəməndən necə yazmışam.

Görüm, dumanlara qoşula bilmək,Ayrılıb didərgin olmaq, necədir.İstəksiz dərədən daşına bilmək,İstəksiz dərəyə dolmaq, necədir.

Görüm, bir necədir yerlərə hopub,Vətən torpağının şehinə dönmək.Kiçik bir qayanın döşündə qopubBöyük bir dünyanın mehinə dönmək.

Görüm, hər tutanda kəndi, şəhəriFatehlər bu dəmdə nə görüb axı.Nənəmin Allahı min ildən bəriNənəmin yurduna nə verib axı!

Eh, xoşbəxt olardım onda necə də –Araza baş qoyub yata bilərdim.

Davasız, tüfəngsiz bircə gecədəSahili sahilə çata bilərdim.

Qorxmazdım diplomat notalarından,Barışlar, sazişlər gəlməzdi yada.Qəfil tufanımdan, qəfil qarımdanPaylardım bir azca adamlara da.

Bəli, duman olum. Duman. Bir çəngə.Mənim öz yağışım,Öz qarım olsun.İstədiyim yerə yükümü çəkənHökmüm, ixtiyarım, qərarım olsun.

Birinin düzündə çiçək bitirən,Birinin gözündə bitən olmayım.Seyrək dumanları qovan, itirən,Qalın dumanlarda itən olmayım.

Mənim sərhədimdən dalğası keçənYaman fikirləri daş edə bilim.Namərd qılıncının qabağında mənQara kötükləri baş edə bilim.

Nə qədər yol getdim fikirlər ilə,Hələ mənzilimin uzağı qalıb.Üfüqlər dalında nə qədər hələArzumun əlləri uzalı qalıb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов