Budur, uşaqlığım keçən o yerlər,Çadırdaş ətəyi, Nursu bulağı.Burda böyümüşəm, burda, deyirlər,İnana bilmirəm, bilmirəm axı.

Bu dağlar, dərələr dəyişib yaman,Dərələr daralıb, dağlar alçalıb.O zaman nərəsi qulaq batıranÇayın da bir qulaq nəğməsi qalıb.

Sanki ütülənib təpələr, diklər,Bulaqlar doğulub, bulaqlar itib.Talada oynaşan sarı əliklərNə belə az idi, nə belə yetim.

Hanı sizi yoran, ey ağ yoxuşlar,Axşam məktəblisi, gündüz çobanı?Oxumu dinləyən o ana quşlar,Tapşırıq dəftərim sal daşlar hanı?!

Mənim şimşəklərim hara şığıdı?Mənim dolularım haraya yağdı?Mənim yağışlarım daha şıdırğı,Qarım daha təmiz, daha da ağdı.

O zaman ləpirim quşlar hürküdür,Torağay çıxmazdı qarşıma belə.Kəpənək qonmazdı çiynimə bu cür,Yemşan ələnməzdi başıma belə.

O zaman yarpaqlar biri bir palaz,İndiki yarpaqlar qulaq boydadı.O zaman uşaqlar böyükdü bir az,İndiki uşaqlar uşaq boydadı.

Çınqıllar az idi «qoşunumuzdan»,Oyuqlar qurardıq qaladan uca.Əyilə-əyilə keçirdi dumanBizim qorxumuzdan dərə boyunca.

Mənim cığırlarım qoltuğunda çən,Arzumun dalınca dağa çıxıbdır.Mənim arzularım dağ kəllərindənDiksinib bir daşda yoxa çıxıbdır.

Mənim öz gecəmin öz ayı varmış,Hardasa uyuyur, qocalıb indi.Mənim ulduzlarım yağı qurtarmışÇırağımız kimi sozalıb indi.

Burda dəfn olunub anamın qəbri,Qəbirlər batıqdır əvvəlki kimi.Nənəmin qəbriylə babamın qəbriYanaşı yatıbdır əvvəlki kimi.

Bu yerlər necə də o yerlər deyil,Bu yerlər necə də o yerlər imiş.Gedən günlər ilə ömürlər deyil,Təbiət gedərmiş, iqlim gedərmiş...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов