Sən məni sevsəydin...
Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?Yoruldum demədən qolum üstə sənDünyanı piyada gəzərdim onda.
Toxalar, azalar bu sevgimizdənDünyanın məhəbbət acları bəlkə.Təzə haşiyələr alardı bizdənDünyanın məhəbbət tacları bəlkə.
Bizim başımıza hey ələnərdiAlqışlar, təbriklər, dualar – bizim.Bizim bəxtimizə səpələnərdiƏn duru, ən təmiz şüalar – bizim.
Ləpələr göz alıb baxar dənizdən,Sular mehrimizə həsəd çəkərdi.Ulduzlar bircə yol pəncərəmizdənİçəri baxmağa həsrət çəkərdi.
Dedim ki, göyərər bir Leyli pöhrə,Məcnun bir səhərin gözündə gələr.Saçını tor elər sahildə Zöhrə,Tahir ləpələrin üzündə gələr.
Sən məni sevsəydin... sevsəydin əgər...Kim olub bəxtiyar quru ad ilə.Həyatda «ürəkləş», «sevləş» demirlər,Ayaqlaş deyirlər bu həyat ilə.
Dekabr, 1968
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-sen-meni-sevseydin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Başını qorudu boş papağınan,Pay verdi düşmənə zər tabağınan;
Məni ölməyə qoymurlarDostum Heydər Həsənoğluna.*Tənha çağımda yığışır,
Suallar, cavablarUnudulmaz şairimiz X.R.Ulutürkün*tərcüməsində rus şairi Y.Yevtuşenkonun*
Bu dönüklər, vəfasızlar dünyası...Kimi kim bivəfa dünyada gördüm,*bivəfa gördüm.*
Стихи других поэтов
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Övlad qayğısıUşaq idim, yadımdadır, yaz idi.Şıltağım bu cahana sığmaz idi.
Yada düşən yarYenə bu könlümə saldın bir talan,Nihan yerdə gəlib yada düşən yar.
Saqi, nə olubdur, məni yade getirməzSaqi, nə olubdur, məni yade getirməz?Könlüm tutulubdur, menə bir badə getirməz.