Kimi kim bivəfa dünyada gördüm,bivəfa gördüm.Füzuli

Yolu düzlər dünyanın hər işini bacarmaz,Hər işini bacarar, şər işini bacarmaz.Yaxşılara yaxşılıq vərdişini bacarmazBu dönüklər dünyası, vəfasızlar dünyası.

Müdriklərin dilindən bu kəlam belə sızdı:Bu, insandı – bəşərdi, bu oğlandı, bu qızdı;Vəfasızdı – dönükdü, dönükdü – vəfasızdıBu dönüklər dünyası, vəfasızlar dünyası.

Əhdi yoxlar dilində andı yoxlar yalanı,Sözsüzlər nəfəsiylə söz ocağı qalanır,Uçurtdu ürəyimdə sirli sevda qalamıBu dönüklər dünyası, vəfasızlar dünyası.

Hər nəyi xoşlamasan tez ona əvəz olar,Uçruma «gəl-gəl» deyən çağrış olar, səs olar,Gözün içində bitər, gözəgörünməz olarBu dönüklər dünyası, vəfasızlar dünyası.

Bir üzü ağ dünyadı, bir üzü qara dünya,Bu qaranlıq ağarmaz ola min para dünya,Qoltuğumda gedəcək, yön alsa hara dünya,Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Gözəl quyu bağışlar tənhalara, təklərə,Qarın yükü daşıyar duyğusuz ürəklərə,Gələcəksiz gələcək dartar gələcəklərəBu dönüklər dünyası, vəfasızlar dünyası...

10 oktyabr 1994

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви