Bu gecə yuxumda Arazı gördüm
Bu gecə yuxumda Arazı gördüm,Arazı belə tox görməmişdim heç.Arazı bəxtindən çox razı gördüm,Üstündən yol atdı: «Cəsarətlə keç!»
Dedi Sinəsinə: nəsinə çaylar axmasa,Dənizlər itirər dənizliyini.Cəsarət üstümdə şaha qalxmasa,Təbriz itirəcək Təbrizliyini.
Bu hansı tarixdi – xəzan yarpağı? –Qəfil küləklərin carçıları kim?Mən ki, öyrənmişəm qaya yarmağı,Bir dərə dibinə necə çəkilim?
Qədimlik utanır qədimliyindən,Qədim abidələr gülüş hədəfi.Bir dilin bir dilə qənimliyindənDad qılır çalağan,dad qılır əfi.
Yüz illər beləcə yatıb mürgülər,Sahil qayaları olsan, nə fayda!Axar su üzünə bir dəfə gülər,Bir də o gülüşlər çətin qayıda.
Su içmək üçündü,çay keçmək üçün,İçilməz, keçilməz çayı su bilmə.İnsanı ölümdən alan ölümünZəhmini insanın qorxusu bilmə.
Əsrimiz körpülər əsridir indi,Pas atmış ağıllar quylanır yerə.Mənim sularımın dizliyi gendi,Qabarıb hay salar lal sahillərə.
Qoymaz üç addımda çöllər alışa,Qoymaz ağızlarda dillər alışa.Nə qədər yataqda Araz var hələ,Arazdan içməmiş Təbriz var hələ,Ya mənim dərdimlə yaşar bu dağlar,Ya da ki, üstümə aşar bu dağlar...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-bu-gece-yuxumda-arazi-gordum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
آفرین را در دهان خلق نفرین کردن است
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.