Salamat qal
Ey dəvə yol, düşdüm daha belindən,Ovsar cığır, çıxdın daha əlimdən.Balam çiçək, bir də öpüm telindən,Salamat qal,Salamat!
Duz axtaran körpə cüyür balasıAğ daşlara körpə cığır salası...Qayaların su saxlayan çalası,Salamat qal,Salamat!
İldırımlar buludların pələngi...Paslanacaq mənsiz şimşək üzəngim.Eh, ya qismət, a şəlaləm – a cəngim...Salamat qal,Salamat!
Bulaq gördüm: uşaq kimi ərköyün,Məni gəzər məndən qaçan ürkəyim...Salamat qal bu dağlarda, ürəyim,Salamat qal,Salamat!
Turşsu, 1970
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-salamat-qal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey könül, dünyayi-fani bil-bədahə fandır,Müddəti-tuli-bəqası ləhzeyi-əcfandır,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
OlsunBulud göydə düzüm-düzüm düzülürGet, gözəl, səfərin mübarək olsun