Quzu
Kiminsə əlində sıyrıldı bıçaq,İştahlar əmliyi diricə yedi.Sarılıb quzunun boynuna uşaq«Yazıqdır, kəsməyə qoymaram», – dedi.
Baxmayıb uşağın göz yaşlarına,Kəsdilər quzunu, selləndi qanı.
Uşaq fit yolladı yoldaşlarına,Uşaq harayladı it dostlarını.
Dedilər, bişəndə dirilər quzu,Uşaq da inandı, ovundu, durdu.Uşaq inadını kabab qoxusuGizlicə-gizlicə ovundururdu...
Hardasa dil açdı bir çoban neyi,Hardasa bir həzin bulaq ağladı.Kiminsə taleyi quzu taleyi,Kiminsə dalınca uşaq ağladı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-quzu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məndən bu dünyaya nə qaldı görən?Bir odlu, ocaqlı oda qalmadı.
Mənə biganəlik öyrət, ürəyim!Mənə biganəlik öyrət, ürəyim!Qıvrılım içimdə,
Şair, nə qazandın?Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.*Əlağa VAHİD*
Nəydi yırğalayan bir nəhəng dağı?!Nəydi yırğalayan bir nəhəng dağı?!Uçrumlar zamanın yaddaşı kimi!..
Стихи других поэтов
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
EdərAralıqda itib hökmi-şəriət,Xahişlərin eyləyirlər təriqət,
Şəmaxi şəhri yeksər oldu viranŞəmaxi şəhri yeksər oldu viran,Edər hər guşədə bayquşlar əfqan.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,