Nəydi yırğalayan bir nəhəng dağı?!Uçrumlar zamanın yaddaşı kimi!..Ələnib töküldü dərə aşağıQayalar dağların göz yaşı kimi...

Ən tənha adamdır çox dostlu adam,Yıxıldın, qaçacaq hamısı birdən.Bir olsun – pir olsun: çıxarma yaddan,Bir olsun – pir olsun, yapış o pirdən!

Düz yola çıxmağa çoxu hələkdi,Bəzi oyaqları ayıltmaq olmur.Bu necə oyundu,Necə hənəkdi?Siçanı pişikdən ayırmaq olmur.

Dağ uçdu? Uçruldu? – Bilinmir bu sirr! –Fitnəkar felləri deyilsə, nəydi?Zamanın qayçısı düzü düz kəsir,Səni əl verdiyin hansı əl əydi?

Hər sözün qulpundan yapışmır əlim,Söz alqı-satqısı heyrətdi bəlkə?Hardasa «olarım», hardasa «bəlim»Əsrin lüğətində nifrətdi bəlkə!

Sən dünən beləydin, qaragöz oğlan,Bu gün də eləsən: – Təbi təlaşlı,Böyüklər kölgəsi ünvanı olan –Ay başı fırfıra, ay başıdaşlı!

Ağlım, bu eyhamı sənsiz kim anlar?Sən çaşqın qafamda bir qafa da qur...Niyə bu yıxanlar, bu yıxılanlarGələndə mələkdi, gedəndə quldur?!

Dərdim min olsa da sönməz çırağım,Səsim öz səsimdən bata, qorxuram.Şairi yalana yatan yığnağınÖzü də plana yata, qorxuram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов