Amandır, fillərin ömrünü qoruyun.Filləri yaşadanillərin ömrünü qoruyun.Təbiət hökmündə dönüklük eləsə,Güc yatsa, gücsüzlər çeviklik eləsə,Fillərin yaşına susayan tülkülər,Dovşanlar, çaqqallar, porsuqlar tökülər,Fillərin ömründən borc alar,cığallar,Fillərin yaşına şərikli çıxarlar.Hələ bu tünlükdənbir neçə yal uzaqDumanlar yelkəni yalquzaqUlartı salsa ki: «Fil nədir,Yüz əlli il nədir,Bu filin,Bu yüz əlli ilingecəsi mənimdir...»Tülkülər baltalar, porsuqlar eşələr, –Dovşanlar əl çalar:dəfn olsun meşələr!Əmr olar: «Çevirin, aşırın dağları,Fillərə yükləyib daşıyın dağları».Amandır, fillərin ömrünü qoruyun...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов