Dağ çayına oxunmuş məktub
Rəsul Həmzətova
Bu torpağın adətidir min ildən bəri:Şair oldun – öz qapındır açdığın qapı.Ümidlərin ən sonuncu sığıncaq yeri,Ən sonuncu and yeridir şer kitabı.
Sən gələndə səs yayılır Azərbaycana:Qaraqabaq adamlar da azca qımışır.Kimin duzlu sözü varsa,çıxsın meydana,Yoxsa Rəsul aparacaq bütün alqışı!
Muştuluqçu xəbərlər də düşməyir atdan,Çapır bizim dərələrə, dağlara doğru:«Rəsul gəlib Dağıstandan...»Dillənir atam:– Dağıstana nə çox gedir bu Həmzətoğlu!Eyniləşir dağ vüqarı,Dağlı vüqarı;Bir qocanın dediyini hələ dinlə bir:«Balam, – deyir, yer üzünün uca dağlarıElə bizim bu dağlardan köçüb getmədir».
Dünən gözəl qar ələndi şəhərimizə,Dedilər ki,bu töhfədəRəsul əli var...Gülə-gülə söylədi ki, Süleyman Rüstəm:«Dağıstana yağar ancaq bu ağlıqda qar...»Bu dağlarda hər çay igid,hər bulaq gəlin;Hər şey olar – çay olanda,bulaq olanda.Yağışına, buluduna bərəkət gəlir –Təbiətə şair oğlu qonaq olanda.
Bu torpağa baş əyməyin – baş ucalığın!Məbəd bildinbizim qədimsənət yurdunu.Sən gələndə şairləri başına yığıb,Təkrar-təkrar xatırlarsan Səməd Vurğunu.
Təkrar deyil dost elinə müntəzəm gəliş,Təkrar deyiltəriflənə tərifdən uca!Heykəlini özü yonub, özü dikəltmişTəriflilər bir qıyqacı baxışdan uçar...
Dedim, sizi ayırmayım son nitqlərdən,Bir də sizə, doğru desəm,yetmədi əlim.Dağ çayına oxumuşam bu məktubu mən,Surətiylə tanış olun, Rəsul müəllim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-dag-cayina-oxunmus-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vardı günlərimiz varlığa bənzər,Üfüqlü, səmalı, günəşli, qarlı,
Sən məni sevsəydin...Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?
Axı demişdik ki...Yenə həmdəmimdir qələm-dəftərim,Bir küncdə közərən tənha ocağım.
GözlərinAdın – demədinmi – dodaqlarımda,Özün – demədinmi – gözlərimdəsən...
Стихи других поэтов
Əndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Sə dü nəhs əhvalını qılsan münəccimdən sualSə’dü nəhs əhvalını qılsan münəccimdən sual,Müqtədai-mə’rifət Bərcisü Keyvandır ona.
VarEy mələksimalım, qəddi minalım,O sərxoş baxışda əlamətin var.