Ey mələksimalım, qəddi minalım,O sərxoş baxışda əlamətin var.İsgəndər cəlallım, hatəm səxalım,Eşqindən başımda qiyamətin var.

Dilimin kəlməsi ayeyi-Quran,Telinə sadağa varımdı bir can.Qılıbsan aləmi hüsnünə heyran,Yusifi-Kənana şəbahətin var.

Dahanın çeşmeyi-abi-Səlsəbil,Verib qudrətindən cabbarü cəlil.Ədalətdə sənsən, söylərsən dəlil,Məhşərdə möminə şəfaətin var.

Yüz desəm vəsfini, gəlməz hesaba,Cəbinin təşbehdi qövseyniqaba.Qədəmindən öpən batar səvaba,Yazılmış sinəmdə hekayətin var.

Səni xəlq eyləyib qadiri-sübhan,Cəmi gözəlliyin nişanbanişan.Pərtövü camalın şövkəti-rizvan,İman tək quluna hidayətin var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов