Tərk edən vətəni, əl üzən eldən,Qürbət eldə bir avara mənəm, mən.Taleyi kür gələn ruzi-əzəldən,Sinəsi səd həzar para mənəm, mən.

Nə müddətdi, yad ölkələr qulamı,Oxuyan dilində əziz kalamı.Göndəribsən neçə dəfə salamı,Yeni gələn bu diyara mənəm, mən.

Tifil ikən bir mövlaya qul olan,Həsrət çəkib, dərdü-qəmnən bol olan,Ovçu kimi dağlar üstə yol olan,Axır, həsrət qalan yara mənəm, mən.

Hələta dilimin bir əzbəridi,Məni dolandıran haqq əsəridi.Mövlam bu dünyanın tək sərvəridi,Bel bağlayan o sərdara mənəm, mən.

O şiri-davərin, nami-heydərin,Zəminin sütünü, ərşə ləngərin.Dil açıb söyləyən vəsfi-dəftərin,Novrəs İman aşikara mənəm, mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке