Yaxın düşməz əcəl çünki ürəkdə intizarım var,Bir atəşgahdır qəlbim, vətənsiz ahü-zarım var.Mənə bəzən gülər, bəzən təbəssüm eyləyər tale,Fəqət gülməz üzüm, çünki ürəkdə bir qubarım var.Bütün ömrüm boyu hər bir diyarda laləzar gəzdim,O tayda vəhşi otlar çulğamış öz laləzarım var.Baharı neylərəm, ey dost, sənsiz bu nəyə lazım?Vətən mülkündə illərdir xəzan vurmuş baharım var.Şikayət etmirəm düşmüş mənə ellər qəmindən pay,Həmişə fəxr qıllam ki, pərişan ruzigarım var.Büllurtək ayrılıq dərdin ürək daim əyan eylər,Vüsalım harda qalmışdır? O tayda gülüzarım var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке