Nələr düşünürəm, nələr anıram?Nədir cəlb eləyən fikrimi bu an?Dolanır başıma yenə asiman,Mehriban bu səsi yaxşı tanıram.

Çağırır, çağırır analar məni,Çatır o fəryadlar ağ buludlara,Yenə qan boyanan o çöl, o səhraHər zaman çağırır o diyar məni.

Duydum cənubdakı sərt ruzgarı,Komandan uçalan acı naləni,Gəl deyib, gəl deyib çağırır məniXalqımın tarixi yadigarları.

Dinlirəm Babəkin qəlb arzusunu,Əbədi yaşayan qəzəbini mən.Aruzu çürümür, çürüyür kəfən –Bir an unutmadım onun sözünü.

Babalar dilindən eşitmişəm mənÖlərkən söyləmiş o böyük insan –Əgər qan yağdırsa sərkəş asimanHəqiqət günəşi qaralmaz bir an.

Keçir xatirələr, qanlı səhfələr –Tarix vərəqləri gözüm önündən,Keçmişə qayıtmaq istəmirəm mənLakin unudulmur şərəfli günlər.

İradə pozulmur, ölmür arzularYaşayır əsrlər boyu könüldə.Məsəldir deyərlər bu bizim eldəHər kəsin həyatda bir diləyi var.

Əzizdir o dilək hər şeydən ona,Verir həyatını bu yolda insan.Sənin də xatirin istəyən zamanAl mənim qəlbimi, al, dostum, sına!

Mənim də bir arzum, bir məqsədim varOna bağlanmışam əzəl günümdən,Bütün varlığımı alsalar məndənO canla yaranmış canla da çıxar.

Bu məqsəd, bu arzu Vətəndir, Vətən –Vətən səadəti, Vətən nicatı.Çün ondan almışam ömrü, həyatıOdur məni indi çox düşündürən.

Əzəldən bu adın vurğunuyam mənBaşına dolanan pərvanəsiyəm,Əgər o olmasa mən bir heç nəyəm,Çün ona bağladım həyatımı mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине