Oda yandırma, gülüm, sən yenə pərvanələri,Yenə sövdalara salma dəli-divanələri.Şairə mey nə gərək, mey də, rübabım da – şeir,Etməyin bir daha tərif meyi, meyxanələri.Eşqim – azadlığın eşqi, qəmim – el dərdi mənim,Mən həqiqət yazıram, neylərəm əfsanələri?Adım aşiqsə əgər, mən elimin vurğunuyam,Çox da tərifləmə, gəl, şairə dürdanələri.

Ayrılıq dərdi çəkən qəlbimin öz aləmi var,Vəsli gəl sorma, soruş sən şəbi-hicranələri.İçmişəm, məstəm, inan, ayrılığın badəsini,Geri qaytar, yola sal sağəri-peymanələri.Öz ayım, öz günəşim, öz büti-məbudum var,Başa sal düşmənimi, dostumu, həmxanələri.Bir vüsal, bir də vüsal, bir də vüsaldır dərdim,Gəl xəbərdar elə sən arifi, biganələri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви