Baxıram surətinə, solğundur,Baxışın qəmli, gözün dolğundur.Görürəm, axtarırsan çox nigaran,Oxuram, sirrini qəlbində inan!Deməsən də bilirəm həsrətini,Düşmənin pəncəsi çox sıxdı səni.Bilirəm, möhnətin artıqdır sənin,Bir səhər şamına oxşar bədənin.Görürəm çöhrəni gültək saralıb –Günəşin üstə bulud kölgə salıb.Bilirəm, çılpaq olub körpələrin,Nə açan var qapını, nə gələnin.

Bilirəm, xəstədir ruhunu sarmış üsyan,Tapdayıb haqqını xain düşmən.Gələrəm, tez gələrəm, bir də inan,Alaram mən yağılardan qana qan!Yenə verrəm sənə ilk qüdrətini –Edərəm sərv, əyilən qamətini,Qolunun zəncirini mən açaram,Qaralan qəlbinə nurlar saçaram.Açaram bağlı qalan qapıları mən,Elərəm hər tərəfi gül, gülşənAçılar gül kimi çöhrəndə düyün,Dəyişər yer də, səmalar da o gün,Çəkilər qəmli, nəhan xatirələr,Dəyişər sübhə qaranlıq gecələr.Qızarar gül kimi solğun dodağın,Gül açar, meyvə verər bağça-bağın.Ağlama, sızlama, bil, sən gələcəkHaqqı, nahaqqı açıq göstərəcək!Bu deyil vədə, həqiqətdir, inan!Çox yaxın bir gələcəkdir, o zaman.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе