Bir qadın dərdi qalana qədər dünyada,Danışacağam.Uzaqlarda, ucqarlarda olan ana dərdinəYanıb alışacağam.Danışacağam,Dünyada bir qadın, bir ana dərdi qalana qədər!Nəsildən-nəsilə çəkmişik nələr!Sənə layiq əsərim olmamış,Ey ellər sonasıAna!Ey ülvi varlıq,Bütün varlığımla bağlıyam sana.Yazıb yaratmamışam, əsil surətini mən,Danışmamışam dözümündən, mətanətindən.

Ey vəfalı, mehriban,Ey müdrik insan,Danışmamışam böyük arzularından.Ey özündən başqa hamıya yanan,Sinəndə necə də böyükdür ürək,Göz yaşların mirvaritək.Qəlbin bir ümmandır,Hər dərdə, hər qəmə yer tapılar,Qəlbin bir dənizdir,Ey ana,Araz havalı.Həyatın qaynar bir ümmandır, –Tufanlı, qadalı.Görkəmin dağ vüqarlı çinar.Ey vəfalı, mehriban,Ey əvəzsiz insan.Sən duyursan hər dərdi ürəkdən,Qarşında baş əymişəm,Baş əyirəm mən.Sevinirəm, fəxr edirəm,Ana!Ağ olmamışam sənə.Səni xatırlayıram hər saat, hər anGözlərin qaynardı bulaqlar kimi,Dərdin ağırdı bu dağlar kimi.Sənsiz başımda od qaladı zaman,Sənsiz həyatın dadı qaçmış ağzımdan...Sən susardın dərdlər önündə,Haqsızlığa sən susardın ana,Mən danışardım,Yenə danışıram.Mən hər işə qarışardım,Ana!Yenə qarışıram.Sənin ağır, dözülməz həyatına,Taleyinə, ey böyük insan,Məşəl kimi alışardım,Yenə alışıram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов