Mənim ruhumu çək, ruhumu, nəqqaş,Görənlər hər yerdə tanısın məni.Qəlbimdə, könlümdə, ruhumda təlaş,Sevirəm, sevirəm eli, Vətəni.

Mənim ruhumu çək, ruhumu, nəqqaş,Göstər, tale ilə barışmadım mən.Qəlbimdə, ruhumda, könlümdə təlaş,Axına qaynayıb qarışmadım mən.

Mənim ruhumu çək, ruhumu, nəqqaş,Yalanı, riyanı bıçaqlamışam.Elimlə bir dəfə gülmüşəmsə mən,Vətən həsrətilə yüz ağlamışam.

Mənim ruhumu çək, ruhumu, nəqqaş,Tərif diləsələr, gəlməz əlimdən.Məni başqa cürə yaratmış həyat,Qəlbə zidd getməyi bacarmadım mən.

Mənim ruhumu çək, ruhumu, nəqqaş,Desələr, bir dəfə düzlüyə göz yum,Hissim, duyğularım keçirər təlaş,Mənim öz fikrim var, öz düzgün yolum.

Mənim ruhumu çək, ruhumu, nəqqaş,Həssas bir şairəm, sadə bir insan.Dövlətim, sərvətim bunlardır ancaq,Ömrüm qayğılarla keçdi hər zaman.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов