Səni qəlbən sevirəm mən
Sən gözəlsən bahar qədər,Aylar, illər, qərinələrYetirməmiş sən tək mələk.Sənə vurğun könül, urək.Vəsfində mən deyim nələr?
Gəzdim vəslin sorağında,Bütün Vətən torpağındaTapılmadı sən tək canan.Söylə, nələr çəkmiş hər anÜrək, könül fəraqında?
Məclislərin söhbətisən,Gözəllərin ziynətisən,Sən həyatım, sən sevgilim,Ürəkdə gül açar, gülüm,Bir an baxsam üzünə mən.
Ötüb keçsə yaşım mənim,Ağarsa da başım mənim,Yenə sevgi, məhəbbətdir,Elə sonsuz sədaqətdirHəyatda yoldaşım mənim.
Gəncliyimin ilk baharı,Elin böyük arzularıÜrəyimin sirdaşıdır,Mənə ömür yoldaşıdırGözəl gənclik duyğuları.
Deməsinlər ölüm bir günHəyatıma gələr üstün.Qəlbim yanıb alışmasaŞerim bir gün danışmasa,Şair olar o gün küskün.
Ağ günlərə verin xəbər:Yola çıxmış bizim ellər,Qulaqlar yenə səsdədir,Mənim gözüm yol üstədir,Onu gözlər, onu gözlər.
Yurdum, yerim yaşıl çəmən,Bir qonaq gəl yurduma sən.Gözəl bahar, səni səslər,Şerim, sözüm səni bəzər,Səni qəlbən sevirəm mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-seni-qelben-sevirem-men
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Sənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yox!Səndən özgə neyləsin, bir qəmküsan yoxdu, yox!
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
BənövşələrSən baharın qonağısanBoynu buruq bənövşələr.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,