İstərəm
İstərəm bu dünyada elə ömr eləyim ki,Hərarətim günəş tək məndən sonra da qalsın.İstərəm bu dünyada elə ömr eləyim ki,Eşqim, özümdən sonra yenə qalxıb ucalsın.Tufandan, fırtınadan, sonra sakit səmadə.Aydın göy qurşağı tək yerlərdə qalsın izim.İstərəm bu dünyada elə ömr eləyim ki,Əyilməsin şöhrətə, ada, sərvətə dizim.İstərəm bu dünyada elə ömr eyləyim ki,Yaşayım çiçəklərin ətrində səhər, axşam.Məndən sonra da gülsün, yenə ana təbiət,Ömründə bircə an da qəmlənməsin bir insan.İstərəm bu dünyada elə ömr eləyim ki,Yaşayım gənc quşların nəğməsində, səsində.Asılsın arzularım illərin yaxasından,Yaşayım al günəşin yandıran nəfəsində.İstərəm bu dünyada elə ömr eləyim ki,Yada düşüm ellərin sevincində, qəmində.Gənclər sevilən zaman yadına salsın məni,Yaşayım uşaqların uşaqlıq aləmində.
Çiçəklər rayihəsin yenə də məndən alsın,Axtarsın güllər məni açılanda hər bahar,Yaşayım qaranquşun ilkin nəğmələrində,Arzumla çiçək açsın ürəkdəki arzular.İstərəm bu dünyada elə ömr eləyim ki,Ayın şüalarında axım yerə hər gecə.Buludlar karvanında daim yaşatsın məni,Odlu bir şimşək kimi öz arzum, öz düşüncəm.Gəlinlər toylarında yadına salsın məni,Qızlar öz sazlarında oxuyub çalsın məni.Şirin duyğular kimi könüldən qəlbə axım,Gələcək səadətə, ağ günə bir də baxım.Yaşayım bir ömr də təmiz diləklərdə mən.Ömr eləyim, yaşayım çılğın ürəklərdə mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-isterem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Vəh ki, can getdi, yetürməz kimsə canan ərzinə,Mülk viran bolduvü yetmədi sultan ərzinə.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,