Mənə deyirlər ki, sən,Vurğunsan həyata...İşıqlı, nurlu kainata.Bəli, görün vətənimdəHəyat necə gözəl,necə təmizdir,Təmizlər necə əzizdir.İstəmişəm,dövlətlər içində dövlətimin,sərvətlər içində sərvətimin,Şan-şöhrətiminyeri görünsün.İnsan öz işi ilə, əməli iləöyünsün.İstəmişəm,ürəklər qara bulud kimi dolmasın.İstəmişəm,Xalqımın dağlardan uca alnındaBircə ləkə olmasın.Gəzin eli-obanı,Gəzin, bütün dünyanı,Yaxına, uzağa baxın,Duyğutək könüllərə axın,Görün ki, hər bir insanaƏn yaxşı, ən isti sığınacaqVətəndir ancaq.İnanın,Yarısını gəzmişəm dünyanın.Gözəldir torpağım düzü,Ruhumu oxşamışYaşıl meşələri,Dərəsi, düzü.Mənə deməyin ki, niyəMəftunam bu torpağa,Bu torpağın yazına, qışına,Baharına.Bu elin, bu diyarın qızıyam, qızı,Sevirəm öz doğma göylərimdəYanan günəşi,Parlayan ulduzu.İstəyirəm həmişə vətənimləFəxr etsin həyat,Öyünsün kainat.

Üzün gözəl, çöhrən işıqlı,Görkəmin dağ vüqarlı,Çinar yaraşıqlı.GözlərinDənizlər kimi dərin,Mavi və dalğın.Saçların ipək kimi yumşaq,Baxışların çılğın,Sinənin genişliyiSal çayını xatırladır mənə.Çılğın baxışınÜrəkləri məftun edir yenə,Bəlkə də çoxları sənə...Fəqət bir eybin var,Qəlbimi bezikdirən,Darıxdıran,Ey gözəl insan!Qəlbində sənin ki,Yoxdur gözəl arzular.Əsl varlıq ürəkdir,Mənə gözəl arzular gərəkdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине