Ovcumda bir daş vardır...Zümrüd kimi, sevdiyimBir dilbərin gözü tək.Mən bu daşa baxıram:Saçlarımı darayırSahildəki xoş külək.Mən bu daşa baxıram:Daşımdakı al günəş,Daşımdakı asiman!Xəyalımda, əzizim,Nə sən varsan bu zaman,Nə də ki, bir başqası...Aləmi unutmuşam,Ovcumda daş deyildir,Mən dənizi tutmuşam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви