Başı qırxılmayıb dağlı başı tək
Rəsul Həmzətova
Başı qırxılmayıb dağlı başı tək,Belində xəncər yox; xəncəri sözdür.Elə bil qartaldır köksündə ürək,İlhamı çay deyil, coşqun dənizdir!..
Üzündə mehriban dağlı gülüşü,Həm də ki, bir kamal duyulur bunda!Saçında gördüyün bu ağ gümüşüDağlar səpələyib qarda, tufanda.Bu eşqi Dağıstan veribdir ona,Amma sığışmadı o, Dağıstana!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-basi-qirxilmayib-dagli-basi-tek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İldırım göylərdə çaxdı hiddətlə
İldırım göylərdə çaxdı hiddətlə,Sanki tufan qopdu dərədə, dağda!
Bir insan doğuldu... Öldü... yığıldıBir insan doğuldu... Öldü... yığıldı,Danışdı “natiqlər”... Yaşardı min göz.
Barını yediyin ağacı kəssənBarını yediyin ağacı kəssən,Özün barlı ağac ola bilməzsən!..
Qonşum çapdı divarıQonşum çapdı divarı,Batdı bu gün qan-tərə,