İldırım göylərdə çaxdı hiddətlə,Sanki tufan qopdu dərədə, dağda!Bir an keçdi... yatdı bir sükunətlə,Unutdu bu səsi dərə də, dağ da.

Ürək də, əzizim, bir asimandır:Çaxır ildırımlar min bir küləkdə!Əzəldən sirdaşı onun insandır,Ürəkdən qopan söz qalır ürəkdə!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов