Bağbanla söhbət
– Bağban qardaş, nə əkirsən? –Yerə qoydu pöhrəni,Sağ əliylə göstərərəkDağ döşünü, dərəni,Bağban dedi: – Bağ salırıq...Bağ salırıq burda biz,Amma yaman zor işdi bu,Çox ləng gedir işimiz...
– Qollarınız yorulmasın,Bağban qardaş, – dedim mən.Dağda çörək daşdan çıxır,Bu bəllidir əzəldən...Bağban yerə bir bel vurdu,Yana atdı torpağı.Sonra dönüb mənə baxdı,Güldü qaşı, qabağı;
– İş çörəkdə deyil, qardaş...Dəyişibdir zamana.Köhnə aləm, köhnə dünyaDar görünür insana.Gərək hər şey gözəl olsun,Dəyişsin göy də, yer də.Bir qəm, qüssə yuva salıbQalmasın ürəklərdə.Dağlar daha qəşəng olsun!Göz görsün, sevsin könül,Bu yerlərə zinət versinSarı heyva, qızılgül!..– Dağda mümkün olarmı bu?!Qışda boran, şaxta, qar,Zəhmətiniz zaya gedər,Bunun nə mənası var?!Bağban bir an danışmadı,Qulaq asdı sözümə,Yenə yerə bir bel vurdu,Dönüb baxdı üzümə:– Babalar da belə dedi...Minillik bir ətalətNə gözlərdə işıq qoydu,Nə qollarda bir taqət!Azacıq aş,Ağrımaz baş! –Məsəl oldu dillərdə,Könül açan şey görmədik,Obalarda, ellərdə...Ancaq indi iş başqadır:İnsandakı güc, kamalHər çayda bir bənd yaradıb,Hər obada bir calal!Hər dərdin öz çarəsi var. –Bunu deyib elə bu an,Yerə bir bel vurdu bağban.Mən utandım öz sözümdən.Mən utandım öz-özümdən.O işləyir... onun bu dəm,Xəyalında gülür aləm.Budaqlarda şirin barı,Alma, armud ağaclarıBaşlarını əyir yerə.Nə gözəldir bu mənzərə!Bülbüllərin pırıltısı,Bulaqların şırıltısıLəzzət verir bu vaxt ona,Ləzzət verir o insana.Dağ da, daş da abad olur,Könül gülür, göz şad olur!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-bagbanla-sohbet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Səndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbərGəldi fikrin könlümə, ya rəb, ola can bixəbər,Can çıxaydı cismdən əhvalə canan bixəbər.
DavalarNamərdinən mərddən xəbər söyləyim,Namərd öz könlündə mənlik davalar.