Mən vurğunam dənizə!Baxdıqca hey sulara,Ürəyimdə göynədiGecə-gündüz bir yara.Dəniz olmaq istədim –Qasırğalı, tufanlı,Nəhayətsiz bir dəniz!Dəniz olmaq istədim...Bəzən çənli, dumanlı,Bəzən isə sinəsiAyna kimi tərtəmiz,Sularında ay üzənMavi rəngli bir dəniz!Dəniz olmaq istədim...Nə dost bilim, nə düşmən,Unudum dərdi, qəmi,Qağayılar, balıqlarOlsun hər vaxt, hər zaman,Sularımın həmdəmi!..Dəniz olmaq istədim...Tüğyana gəlib hərdənÇırpılıb boz daşlaraÇilik-çilik olum mən!Hərdən də qollarımıQayalarda çataraq,Baş qoyum sahillərəQuzu kimi yataraq!Dəniz olmaq istədim...Ayrılıb düşüncədən,Əzabdan, işgəncədən– Yox! – söylədim özümə.Səma, dəniz və insanHərəsi bir cilvədəGöründülər gözümə.Baxdım: İnsan gözəldir!Gözəldir insan olmaq!İnsanla bir qüdrətdəNə dəniz var, nə də dağ.Sən ondakı kamala,Ondakı hünərə bax!Vurulsam da dənizə,Gözəldir insan olmaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе