Günəş solğun. Üfüq də tutulmuş kimi dərdə,Orda sarı buludlar sallanır pərdə-pərdəVə gül rəngli kölgələr çörəmizdə sıxlaşır.Aman! Şu qan gölündə günəşi kimdir boğan?!Sevda yollarımızda nə işıq, nə işılğan,Əzablı ruhlar kimi hava qaranlıqlaşır.Mənim təmiz eşqimin zülmətdə nə dərdi var?Həramilərə qalsın qara, qorxulu yollar,Mənə günəş batınca ulduz verin, ay verin!Sevdamızı işıqlı bir yola çıxarmağa,Yeri-göyü qaplayan zülmətləri yarmağaİliç günəşlərindən mənə bir alay verin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе