– Neçin pəncərəmi döydün, ey külək?
– Neçin pəncərəmi döydün, ey külək?– Odur bax, yar gəlir... Çiynində örpək!– Sən görən deyiləm... Keçibdir yaşım,Ağarıb saqqalım, ağarıb başım...– Eşqə nə yaş vardır, nə də ki, zaman,Onunla kamala dolacaq insan!– Bələdəm, bələdəm o ülviyyətə,Daim can atdığım əbədiyyətə!Amma ki, neyləmək!– Aç pəncərəni,O bahar, o günəş qoy öpsün səni!– De, gəlsin... Getməmiş ixtiyar əldən,Qovuşum o məna dünyasına mən!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-necin-penceremi-doydun-ey-kulek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Könül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.