Namərdinən mərddən xəbər söyləyim,Namərd öz könlündə mənlik davalar.Mərd olan al geysə, yekəlik bilməz,Namərd şilə geysə, xanlıq davalar.

Ayıb olmaz mərdin heç nərəsində,Əslində, bətnində, nə zərrəsində.Namərd çavuş olsa kənd arasında,Gedər o, divandan donluq davalar.

Cumanın göftarı arifə busat,Mərdinən dolanmaq asanddı, asand.Namərdin əlinə keçsə bir fürsət,Qəpiyin yerinə onluq davalar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов