Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.

Göz siyah, dəndan bəyaz, ləbləri şux, qönçə dəhan,Al yanaq, nəsri buxaq, ol qaşları qəmər gərək.

Əl şüşə, barmaq qələm, dırnaq sədəf başdan-başa,İncə bel, əndamı şux, tər sinəsi mərmər gərək.

Xoşqılıq, xoş məcazlı, xoş ixtilat eylər ləziz,Dindirsən, can söyləyən, hər kəlməsi şəkkər gərək.

Avazı bülbül kimi, danışanda dür tökülə,Nəfəsindən gül qoxuyan, ətri müşk-ənbər gərək.

Hər səhər min naz ilə sığallanıb qarşı çıxa,Yerişi kəklik kimi, həm libası məxmər gərək.

Ağıl ola başında cəm, həm gözləyə namus-arı,Ədəbi-mərifəti, el dilində əzbər gərək.

Rəqib sözünə uymayan, əğyara məhəl qoymayan,Fitnə-fəsadı qanmayan həyalı bir dilbər gərək.

Макта — последний бейт с тахаллусом поэта. Bu nişanda sən kimi məhbubənin xidmətinə,Mən kimi, Molla Cüma, bir cigəri əxtər gərək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви