İnam
Qoru eşqimizi, böhtandan qoru,Məhəbbət bulaqsa, böhtan da lildir.Bir bala ceyranın gözündən duruBulaq da sel vaxtı bulana bilir!
Bir damcı böhtanın gurşad gücü var,Bəzən özülündən yıxır bir evi.Məhəbbət aləmi inam, etibar,Bir də ki, bir də ki, etiraf sevir.
Bilirəm, sənə çox xəbərlər gəlir,Qəlbinin telləri çəkilir tarım.Bu sənə birtəhər, birtəhər gəlir:Çoxdur qadın dostum, qız tanışlarım...
Mən bu məsəlimi danan deyiləm:Şair gözəlliyin göz dustağıdır!Bir qadın gözündə qəm duysam, o dəmSanıram ömrümün qürub çağıdır.
Ehtiram gərəkdir hər gözəlliyə,Demə ki, budaqlar gəzən bir quşam.Bir baxış mükafat alaram deyə,Mən sənin eşqini tapdamamışam.
Nə danım, dostum var, qız da, qadın da,Bunun min nidalı «niyəsi» yoxdur.Mənim hörmətimdə, zarafatımdaBir umu, təmənna hiyləsi yoxdur.
Nə elə göyçəyəm, nə adlı-sanlı,Mənim hörmətimi bu sirdə ara:Həmişə evcanlı, ailəcanlıKişilər xoş gəlir çox qadınlara...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-inam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəhrləri döndər belə haqqa sarı,Haqq qapısın açmır, atam, haqq açarı.
Ay AllahŞəhidlərin çoxu mərdlər,Namərdlər artır, ay Allah!
QayıtmaGördü öz işini ömür də, vaxt da;Qayıtma geriyə, qayıtma daha.
Bu insan adlanan insanİlahi, sən saxla, kallaşır insan,Ölüm adiləşir, dərd adiləşir.
Стихи других поэтов · О любви
Mənəm bir tən və leykin can onundur,Ki, hər kim can qıyar canan onundur.
Bənzisən qızılgülə sənSəni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.