Qoca
Əkdiyi çiçəklər göyərirhər bahar gələndə,Sancdığı tənəklər göyərirhər bahar gələndə.Elə bil o keçən arzular,Diləklər göyərirhər bahar gələndə.Uşaqlıq qayıdır, dodağıDolu bir sevinclə, gülüşlə.Cavanlıq qayıdır, torpağıTitrədən qürurlu yerişlə.O, sanki yenidən doğulurhər bahar gələndə.Torpağı qızdıranhavalar gələndə.Qıçları titrəyə-titrəyəTələsir bağçaya.Əl atır külüngə, vedrəyə,Tələsir bağçaya.Deyirsən, kəsilsə ayağıTəbiət günəşi kəsəcək.Çiçəklər körpətək ağlayıb,Ağaclar qocadan küsəcək.Geciksə, nəğməsiz qalacaqTəzəcə dil açan yarpaqlar.Geciksə, yarışil olacaqCərrahı gözləyən budaqlar.
Harada itirsən onu sənBir ağac dibində yenə gəz.İşini az bilməz alimdən,Yerini nazirlə dəyişməz.Qocaya «nə yaman qocalıb»deyənlər tapılır.«Az işlə, ömrünə az qalıb»deyənlər tapılır.Onsuz da öləcək, bilir o,Başını bulayıb gülür o:Bəs işsiz, bir qara daş kimi...Bu ağır bir ölüm deyilmi?Biz gedək, bizimlə dünyanınİşığı keçəsi deyildir.Əlindən yapışıb insanınHəyat ki, köçəsi deyildir.Şərt odur, köçəndə göstərəkBir ömrün tutduğu yeri biz.Ən təzə binadan düşən birKərpic tək bilinsin yerimiz.
Oktyabr, 1965
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-qoca
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu il «Sabir günləri»nə gəlmədi Rəsul,Hər ocağa bu xəbərin ayazı yetdi.
Qırx doqquz yaşım14 oktyabr – qırx doqquz yaşım...Görüşdük onunla xəstəxanada.
Haqqın yoxdu, haqqın var...Çox oldu ürəyinin diqtəsinə baxmadın,İlğımlar qova-qova yulğunlar qucaqladın,
Tarixçi aliməÇox da tərifləmə bu qalaçanı,Babalar adından danışma çox da.
Стихи других поэтов · О природе
Bilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksən
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Хосров и Ширин, глава 25Рассказчик, на фарси о канувшем читавший,Рассказывал; узнал рассказчику внимавший:
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.