Haqqın yoxdu, haqqın var...
Çox oldu ürəyinin diqtəsinə baxmadın,İlğımlar qova-qova yulğunlar qucaqladın,Sən ağlından qəlbinə gedən yolu bağladın.Haqqın yox, Məmməd Araz,Haqqın yox yaşamağa!
Boğazına sarınan ilanı tumarladın,Qazancın bu oldu ki, mülayim oldu adın.Haqq yolu göstərdiyin haqqını qamarladı,Haqqın yox, Məmməd Araz,Haqqın yox yaşamağa!
Sən məqamı gələndə Araza bənd olansan,Hər sözün işığında göyə bülənd olansan,Sən arzuya bələdçi, şərə kəmənd olansan,Haqqın var, Məmməd Araz,Haqqın var yaşamağa!
Budaqda qarğa dördgöz, marıqda qırğı –quldur,Qasırğa hədəfində qumru yuvası qurdun.Kirpiyinin ucuna qonub, ötürsə qur-qur:Haqqın yox, Məmməd Araz,Haqqın yox yaşamağa!
Şəkərini zəhərə alanların çoxu sağ,Üzüntülü ömürdən çox uzaqsan, çox uzaq.İydə dənəsi boyda qurğuşuna əl uzat...Bu haqdı, Məmməd Araz,Haqqın yox yaşamağa!
Çox tozanaq atlını təmkin atınla keçdin,Sel boğan dərələri bir mərd qadınla keçdin.Bütün keçilməzliyi, Vətən, adınla keçdim...Haqqın var, Məmməd Araz,Haqqın var yaşamağa!
4 sentyabr 1982
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-haqqin-yoxdu-haqqin-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
دردی کشان میکده یار آمدیم
Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zarKuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
Ana hədiyyəsiAnam namaz üstə əl açıb göyəAllaha yalvarır "ya rəbbim! - deyə: