Ana hədiyyəsi
Anam namaz üstə əl açıb göyəAllaha yalvarır "ya rəbbim! - deyə:– Sənsən xəlq eliyən göyləri, yeri,Candan şirin olur bala, ay Allah.Sən mənim ömrümdən kəsib illəri,Balamın ömrünə cala, ay Allah!Bu nədir? Arzuya, diləyə bir bax,Gör bir nələr keçir ana qəlbindən?Çoxdur bu dünyada hədiyyə... ancaqÖmürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözüLüğətdə sözlərin önündə gedə.Uca olduğundan ananın özüUcadır, böyükdür hədiyyəsi də.
Çoxdur hədiyyələr insan adına:Qiymətli ziynətlər, qiymətli daşlar.Ana həyat verir öz övladına,Həm də öz ömründən ömür bağışlar.
Avqust 1962, Şəki
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-ana-hediyyesi
Клавиши ← → для перехода, R — случайное стихотворение