Özümdən narazıyam
Təbiətin könül açanMin rəngi, min səsi var.Hər könülün min arzusu,Min səsli nəğməsi var.
Bu arzular, bu nəğmələr,Bu səslər bir saz kimiMənim solğun sözlərimdəHeç dil aça bildimi?
Hissim dərin, sözüm solğun,Qəlbim geniş, sinəm dar.Məndən əvvəl doğulubdurSinəmdəki duyğular.
Səhv atılan addımlarıSonradan anlayıram.Baxıb vicdan güzgüsünəÖzümü danlayıram.
Six ey yanlış addımlarım,Məni dərdə saldınız.Mən sizinlə döyüşdükcə,Gün-gündən çoxaldınız.
Mən haqq-hesab istəyirəmGecələr gündüzümdən.Narahatam, narazıyamÖmrüm boyu özümdən.
Bizim sənət dünyasınınQırıq telli sazıyam.Bircə ondan razıyam ki,Özümdən narazıyam.
İyul, 1960, Riqa
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-ozumden-naraziyam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mürşidi-kamildən dərsimi aldım,Can götürüb bu meydana gəlmişəm.
QızcığazAlagöz, sarışın körpəcə bir qızDörd divar içində ağlayır yalqız.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
ƏnvəriyyəMüsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.