Mürşidi-kamildən dərsimi aldım
Mürşidi-kamildən dərsimi aldım,Can götürüb bu meydana gəlmişəm.Mürği-Səməndərin aşinasıyam,Od tutuban yana-yana gəlmişəm.
Müxtəsər, nə deyim, naşısan, naşı!Tutubdur yaxanı eşqin ataşı,Bu tərifqər zənənə nə yaraşı,Həqq bilir ki, mən mərdana gəlmişəm.
Pünhanıda bir azarım var mənim,Gözlər yolda, intizarım var mənim,O kəlməndən xəridarım var mənim,Sən sərrafsan, mən də kana gəlmişəm.
Zənbur olar şanda belə məkanda,Çox ariflər mandə gənci-pünhanda,Bülbül - abadanda, bayqu - viranda,Əndəlibəm, gülüstana gəlmişəm.
Pərizadə əl götürməz canından,Dərsin alıb sahibkamal yanından,Külli-işin mərifətin kanından,Bəzm içində mən fəğana gəlmişəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-peri-mursidi-kamilden-dersimi-aldim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
Dünya, sənin etibarın yox imiş(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,
Eşitmişdik, qulluğuna yetişdikEşitmişdik, qulluğuna yetişdik,Gördük ki, düşmüsən dildən-dilə sən.
Стихи других поэтов
Aşın, daşın, deyə, Nilin suları,Çiçəklənsin Misrin tozlu baharı.
Minbəd əgər mənimlə həbib olsa aşinaMinbəd əgər mənimlə həbib olsa aşina,Mən canımı yolunda onun eylərəm fəda.
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,