Dünya, sənin etibarın yox imiş
(Mirzəcanın vəfatı münasibətilə)
Dünya, sənin etibarın yox imiş,Bir xəbər ver, Mirzəcanı neylədin?Neçə bəylər ilə, neçə xan ilə,Göftarı xoş, əhli-canı neylədin?
Neçə şəhr üstünə cəng edib savaş,Cari olub sel yerinə qanlı yaş.Fələk, etdin taci-təxtini taraş,Nökər, nayib, xanimanı neylədin?
Puç dünya, səndə bir yaranan hanı?Günbəgün artırdın şövkəti, şanı,Tiflisin sağ əli, sərdarın canı,Viran qoyub Dağıstanı, neylədin?
O fələkdir göyü, yeri dağlayan,Əzəl şad eyləyib sonra ağlayan,Sinəsində şer kitabı bağlayanSahibi-huş, gövhər kanı neylədin?
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-peri-dunya-senin-etibarin-yox-imis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!O qarə gözlərinin can fədasıyam, gözəlim!
KönlümNə ağlarsan, nə sızlarsan,Bir dərdi beş olan könlüm!
Səadətnamə, 11منکر حق طبیعی آمد و بسآن خر بدگهر، سگ ناکس
Bəxt mənə yar olub şahi-Suleyman bu günBəxt mənə yar olub şahi-Suleyman bu gün,Sayə salıb ustumə ol şəhi xaqan bu gün.