Oynaşır
Katiblərin şahı dəftər içindəQələm ilə nazik əllər oynaşır.Fitnəli, fellisən, nazü-qəmzəli,Dəhanında şirin dillər oynaşır.
Eşqinin əlindən gedərəm bada,Dərdim olur gündən-günə ziyada,Şivəyi-rəftarın düşəndə yadaBağrımın başında millər oynaşır.
Dad elərəm, haray naşı əlindən,Yandı cigər eşq ataşı əlindən,Mən nə deyim gözüm yaşı əlindən,Üzüşür sonalar, göllər oynaşır.
Adam var dolanır məkrin içində,Adam var dolanır zikrin içində,Sənin kamalında, fikrin içindəƏcaib-qəraib hallar oynaşır.
Pəriyəm, xəlq ara olmuşam bacı,Kimsənin kimsəyə yox ehtiyacı,Bəlxü Buxaranın, Hindin xəracıZənəxdanda siyəh xallar oynaşır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-peri-oynasir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,
Eşitmişdik, qulluğuna yetişdikEşitmişdik, qulluğuna yetişdik,Gördük ki, düşmüsən dildən-dilə sən.
Mürşidi-kamildən dərsimi aldımMürşidi-kamildən dərsimi aldım,Can götürüb bu meydana gəlmişəm.
SəninNə yatıbsan ləhaf bəstər içində,Bimarmısan, nədir bəs halın sənin?