Şayistədir, ey murşidi-kamilim
Şayistədir, ey murşidi-kamilim,Dostlar arasında etibar ola.Şair olan ustadından dərs ala,Ziddü-cinsü rədifdə pərgar ola.
Sən ki bizə namə yazdın ibtida,Canı dost yolunda eylədim fəda.Övsafi-aləmdə yektadır, yekta,Mələk hicranında bərqərar ola.
Cəvabi-xəttindən olmuşam xoşhal,Ərz eləyim qulluğuna vəsfi-hal,Şən ilə şövkətin olsun bizaval,Gərək xidmətində xidmətkar ola.
Mayiləm hüsnünün xoş irənginə,Yetə bilmən təcnisimin dənginə.Sallam səni məhşərin cəhənginə,Arif bu yerlərdən xəbərdar ola.
Pəri idim eşq içində aşikar,Aralıqda yaxşı olur səbəbkar,Bu cəng meydanında eylərəm şikar,Əgər Məhəmməd tək səd həzar ola.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-peri-sayistedir-ey-mursidi-kamilim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mürşidi-kamildən dərsimi aldım,Can götürüb bu meydana gəlmişəm.
SəninNə yatıbsan ləhaf bəstər içində,Bimarmısan, nədir bəs halın sənin?
OynaşırKatiblərin şahı dəftər içindəQələm ilə nazik əllər oynaşır.
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.