Minbəd əgər mənimlə həbib olsa aşina,Mən canımı yolunda onun eylərəm fəda.

Gülgün yüzün xəyalına düşdü könül yenə,Bənzim saraldı dərdilə, manəndi-kəhrəba.

Darülşəfayə getmədiyim candan ötrüdür,Ey cismimin həyatı, ləbindir mənə şəfa.

Çeşmin cəhanda fitnəvü aşub göstərir,Hərdəm qiyaməti qoparır qamətin mana.

Макта — последний бейт с тахаллусом поэта. Yastan Xətai, yar eşigin etiqadilə,Şamü səhər də dövlətinə eyləgil dua.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви