Gərəkdir
Şair olub şeir, dastan yazanın,Ellərin qəlbində yeri gərəkdir.İncidən, sədəfdən, ləli-gövhərdən,Sərrafın dəstində zəri gərəkdir.
Ustaddan dərs alıb, səfa sürməyə,Haqqı, ədaləti aşkar görməyə,Arif məclisində cavab verməyə,Sənətkara zəhmət təri gərəkdir.
Arzusu, diləyi həqiqət üçün,Səmimiyyət üçün, sədaqət üçün,Bəşəriyyət üçün, məhəbbət üçün,Qüdrətdən ilhamı, şeiri gərəkdir.
Eşqin dəryasına dalan aşiqin,Ürəklərdə məskən salan aşiqin,Tarixlərdə izi qalan aşiqin,Sinəsində söz dəftəri gərəkdir.
Aşıq Hüseyn qəlbi şad qoyub gedə,Kəlməsi dəhanda dad qoyub gedə.Öləndə dünyada ad qoyub gedə,Qəbri əsrlərin piri gərəkdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-bozalqanli-gerekdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Salanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
Təcnis: Səhər dost zülfünə şanə çəkəndəSəhər dost zülfünə şanə çəkəndəYayılar aləmə abular bular.
Könlüm elə pünhandır, keysulər arasındaKönlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.