Qayıtdı
Bir Sona sallandı çıxdı xanadan,Süzdü, oylağına dəydi, qayıtdı.Axtardı Səyyadın, bula bilmədi,Gördüm ki, pərişan oldu, qayıtdı.
Gecənin nisfində yatan çağında,Sevgilər ixtilat qatan çağında,Maral bərəsinə çatan çağında,Yad ovçudan o, xof aldı qayıtdı.
Baxdım bu gəlməyin qeyri-qəsdi var,Bəzəyin, ziynətin şövqi-şəsti var,Anladım dilbərin yəqin dostu var,Arif eyhamından bildi qayıtdı.
Ağlibas, ağ bədən, bir məhcəmaldı,Hürüdü, pəridi, mələk misaldı,Mürğ-ruhum uçdu, rəngim saraldı,Ağlımı başımdan aldı qayıtdı.
Dostumu nəfsimə sata bilmədim,Atdım müjgan oxun, ata bilmədim,Ha yüyürdüm, daldan çata bilmədim,Hüseynə çəngəlin çaldı qayıtdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-bozalqanli-qayitdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Ata və oğulO ğ u l – Ay dədə, qoy məktəbə gedim,Məktəbə, orda elm oxum.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,