Talib oldum bir bağbanın bağına,Bağban bəsləyibdir bar şirin-şirin,İstəsən ki, mətləbinə çatasan,Qul ol, qulluğunda dur şirin-şirin.

Kamil bağban çəkər bağın cəfasın,Gülün iylər, sürər zövq-ü səfasın,Bir gözəlin başdan görsən vəfasın,İstəsə, canını ver şirin-şirin.

Canım qurban ala gözüm məstinə,Nə durubsan şirin canım qəsdinə,Üzüm qoyum o gül üzün üstünə,Qarışsın bir birə tər şirin-şirin.

Hərcayı sözləri Hüseyn eşitməz,Haqdan bəla gəlsə, dosta tuş etməz,Girsən yar qoynuna yəğin üşütməz,Yağsa zimistanda qar şirin-şirin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви