Görünər
Ay silkinib gedən yaşılbaş sona,Səndə tər cığalar, tellər görünər.Aşiq olan sənin kimi şahbazaMənim tək rüsvayi-ellər görünər.
Yar yarın yolunda gərək neyləyə,Başın, canın, malın qurban eyləyə.Meylin verən sənin təki Leyliyə,Məcnun tək məskəni çöllər görünər.
Gedən, getmə, bir bəri bax, ay gedən,Gözüm doymur sən tək gözəl kimsədən,Gah yaxandan şölə verər ağ bədən,Gah olur ki, nazik əllər görünər.
Oxlayıbsan məni, ey ziba sənəm,Nə hasil, qoymursan yarama məlhəm.Gecə xəyalınla olaram həmdəm,Səhər yastığımda göllər görünər.
Eşitməsən Əndəlibin ahini,Tutsan bivəfalıq rəsmi-rahiniSidqilə çağırram şahlar şahiniGör necə tufanlar, sellər görünər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/endelib-qaracadagi-goruner
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
LEYLİ VƏ MƏCNUNməsnəvi
Sanei-qüdrətdən siyəb xallarınSanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
Söylə görüm, olum dilin qurbanıSöylə görüm, olum dilin qurbanı,Nədən vəfa eyləmədin iqrarə?!
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!