Sanei-qüdrətdən siyəb xalların
Sanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.Birisi həbəşdir, birisi hindu,Bəd əməllər xoş məkanə düşübdür.Əzizim, nə məkani,Dehqanın nəm əkani,Eşqinin avarəsi,Nə yeri, nə məkani?Aşiq ilen əvvəldən,Yediyin nəmək hani?
Pərtovi-cəmalın oldu münəvvər,Təəccüb eylərəm, Allahü-əkbər!Mehri-rüxsarindən xurşidi-ənvər .Bir zərrədir asimanə düşübdür.Əzizim, asimanə,Zülf üzdən asma yenə.Verməz fələk hərifiŞah-cənnət asi mənə.Həsrətindən fəğanimÇulğaşıb asimanə.
Qaşların fitnədir, gözlərin cadu,Xədəngi-müjganın mənə tutdu ru.Gəlib can almağa kafəri-bədxu,Ver nəsihət, bəd gümanə düşübdür.Əzizim bu gümani,Dərs oxu begu məni,Fərağında könlümün,Yox idi bu gümaniÇəkməz hüsnün surətin,Gəlsə iki yüz Mani.
Hərami gözlərin salıbdır cəngi,Yay qaşların müjgan olub xədəngi.Çapdı ingilisi, rumi, firəngi,İndi fikri İrəvanə düşübdür.Əzizim İrəvani,Həccdən İrəvani,Nə zülm oldu, görmədinAşiqə irəvani!Az qalıb gözüm yaşıYıxa, gəl, İrəvani.
Şöleyi-ahimdən tutuşdu aləm,Nə səbəbdən sənə yetmədi naləm?Əndəlibəm, şükr eylərəm dəmadəm,Həsrət gözüm gülüstanə düşübdür.Əzizim gülüstani,Oxudum "Gülüstan"i,Gülşəni-hüsnün görənİstəməz gülüstani.Səndə olan lətafətBax gör, gül üstə hani?
Kitabxana.az · https://kitabxana.az/ru/works/endelib-qaracadagi-sanei-qudretden-siyeb-xallarin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,
GəlinSarbanlarda bir gözələ tuş oldum,Bənzer bir alıcı şahbazə, gəlin.
GörünərAy silkinib gedən yaşılbaş sona,Səndə tər cığalar, tellər görünər.
PilovBiz necə şükr eliyək qadiri-sübhanə, pilov,Ki nəsib etdi səni zümreyi-insanə, pilov.