Hər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:Novruzu piyan, bir ay oruc, bir ay əzaxan,Başqa işə, ən doğrusu, qafil yaranıbdır,Baş yarmağa, aç qalmağa qabil yaranıbdır.

Allaha dönər hər gecə mahi-ramazanda,Əyyami-məhərrəm quzutək ahu fəğanda,Düşsə üsəra əllərinə leyk dukanda,Onları da lüt qoymağa mail yaranıbdır,Yox çarə, fəqət bu işə qabil yaranıbdır.

Novruzi-səfa, mahi-əza, vəqti-müsibət,Mahi-ramazanın özü də bizlərə ne’mət,Dukandakı qarət də ki, bir kəsbi-məişət,Bu dörd işə mö’min kişi amil yaranıbdır,Elmi bu qədərdir, buna qabil yaranıbdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məzhəkələr məscidi

Hacı Səməd xan bütün məscidləri və təkyələri canlandırdığı kimi, məşhur dübbələrl məscidini – Mir Müfid ağanın məscidini də rövnəqləndirməyə çalışırdı, çünki camaat bu məscidə bütün məscidlərdən daha artıq gəlirdi.Əmir bazarı və hallac bazarı kimi camaatın oynaq yerində olan bu məscid hər gün saat dörddən camaatla ağızbaağız dolu olurdu.

11 мин
Çarın təzə nökəri

Xariciyyə naziri Sazonov Tehrandakı rus səfiri Etter vasitəsilə Hacı Səməd xanın Azərbaycandan çıxarılması məsələsini Təbriz konsuluna xəbər vermişdi. Hacı Səməd xan isə özünün Təbrizdə qalmaq arzusunun qəbula keçməyəcəyini bildikdən sonra, «öz məmləkətimdir, qalıb hökumət sürəcəyəməp deyə bir neçə gün Rusiya konsulunun xəbərdarlığına əhəmiyyət verməmişdi.Rusiya konsulu onun hökumətdən xaric edilməsi məsələsini heç bir vəchlə təxirə sala bilmirdi, çünki Tehranda Almaniya və Türkiyə səfirlərinin cavan şahla müzakirəyə girişməsi və İranı alman-türk ittifaqına daxil etməsi təlaşları necə ki, Rusiya hökumətin, eləcə də ingilisləri rahatsız edirdi.

19 мин
Büllurinin məktubu

Təhlükə yaxınlaşırdı. İranı osmanlı-alman ittifaqına sürükləmək üçün qurulan planlar həyat səhnəsinə keçməyə başlayırdı. Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçil öz xain düşüncələrini həyata keçirməkdə idilər. Onlar İttəhadi-tərəqqi firqəsinin göstəriş lərinə görə Kərkük və Süleymaniyə sancaqlarında könüllü ordu təşkilinə başlamışdılar.Könüllü ordunun komandanı sabiq ərkan-hərb zabitlərindən Helmi bəy, ordunun siyasi rəhbəri və təşkilatçısı isə İbrahim Fovzidən ibarət idi.

5 мин
Nabat xanım

Sərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi.Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi.

31 мин

Стихи других поэтов · О природе