Məzhəkələr məscidi
Страница 1 из 2
Hacı Səməd xan bütün məscidləri və təkyələri canlandırdığı kimi, məşhur dübbələrl məscidini – Mir Müfid ağanın məscidini də rövnəqləndirməyə çalışırdı, çünki camaat bu məscidə bütün məscidlərdən daha artıq gəlirdi.
Əmir bazarı və hallac bazarı kimi camaatın oynaq yerində olan bu məscid hər gün saat dörddən camaatla ağızbaağız dolu olurdu.
Axşam saat dördə bir az qalmış məscidin qapısı camaatla dolu idi. Məşədi Kazım ağa mənim qulağıma pıçıldayaraq:
" Dübbə - məsxərəçi deməkdir.
– Burada dübbə olmayan bir sizsiniz, – dedikdə mən ona sual verdim.
– Sizdəmi dübbəsiniz?
– Lap böyüyündən, - deyə yenə də pıçıldadı və əlavə olaraq dedi ki: – Bir az yavaşdan danışın, burada danışmaq yaramaz, buradakı danışıqlar qaşla, başla, gözlərlə və əllərin işarəsi ilə olmalıdır.
– Siz bu dübbəlikdən nə kimi ləzzət alırsınız?
– Bu da olmasa Təbrizdə yaşamaq mümkündürmü? – Hansı əyləncəyə gedək? Hansı parka, hansı müsamirəyə gedək? Başımızın yorğunluğunu çıxarmaq üçün bir yerə getmək lazım deyilmi? Madam ki, bir yer yoxdur, onda məscidlərə gedib məsxərəçilik etməyə və vaxtı keçirməyə məcbur olacaqsan.
– Bəs nə üçün camaat məscidə girmir?
– Bunlar axundu gözləyir, bir az səbir edin, indi nə olduğunu görəcəksiniz.
Camaat durub biri-biri ilə salamlaşır və danışırdı, lakin səs eşidilmirdi. Söhbətlərin hamısı Məşədi Kazım ağa deyən kimi baş, qaş, əl və gözlə ifa olunurdu, bəzən qulağını və bığını tərpədənləri də görürdüm. İnsan burada özünü ələ almağı bacarmırdı, gülməmək heç də mümkün deyildi, mən özümə sual verərək: «Bu hərəkətləri öyrənməyə bu adamlar nə qədər vaxt sərf etmişlər??? – deyirdim.
Lakin bu hərəkətlərə gülməmək mümkün deyildi, çünki bu qədər oyunlarla məşğul olan camaatın arasında bir nəfər də olsa gülən adam görünmürdü. Hər kəsin simasında bir ciddilik, eyni zamanda bir məzhəkəçilik hiss edilirdi.
Bu xalqın içərisində hər bir təbəqədən görmək mümkün idi, hətta bizə salam verən əmmaməli bir adam öz salamını qulağını tərpətməklə verdi və Məşədi Kazım yenə də qulağıma:
– Bu məşhur dübbələrdən müəllim Molla Əbdüləlidir, – deyə pıçıldadı.
Mən bu laqeyd insana bir neçə dəqiqə diqqət verib baxırdım, o, bir anda həm qulaqlarını, həm bığlarını, həm də gözünün bəbəklərini tərpədirdi.
Burada hər kəs ziyalı, hər kəs zəngin, hər kəs tacir, eyni zamanda hamısı da məsxərəçi, oyunçu, məzhəkəçidir.
Məşədi Kazım ağa yenə də mənim qulağıma pıçıldadı:
– Bütün oyunlar axund minbərə çıxandadır. Yaxşı diqqət verərsınız.
Bizim yanımızda duranlar məşhur Cəfər ağa Gəncəli, Hacı Cavad ağa Gəncəli, Təbrizin məşhur tacirlərindən Hacı Əli Həriri" və sair Təbriz əyanları və tacirlərindən ibarət idi. Bunlar da eyni məzhəkəçilik və eyni məsxərəçilikdə iştirak edirdi.
Hamısı əyninə uzun əba geyinmişdi, hamısının sağ əli əbanın qolundan dişarı çıxmışdı, hamısının barmağında qırmızı əqiq üzük parlayırdı, hamısının da əlində yüsür təsbeh var idi.
Burada insan uzun müddət ayaq üstündə durmaqdan heç də yorulmayırdı. Hər təzə gələn adam insanın nəzərini özünə cəlb edirdi. Bu əyləncə məzmun və mövzu etibarı ilə əhəmiyyətli olmasa belə, insanı məşğul edən əyləncələrin ən maraqlısı hesab oluna bilərdi, çünki insana burada çox xoş keçirdi.
Saat beşə bir az işləyəndə bir neçə sərbaz əllərində tüfəng gəlib məscidə girdi, onların hər birisi minbərin qarşısındakı sütunların birinin yanında tüfəngini sütuna söykəyib oturdu.
Mən bunların gəlməsinin səbəbini Məşədi Kazım ağadan xəbər aldım:
– Tüfəngli sərbazların məsciddə nə işi vardır?
– Məsciddə şuluq salanlara mane olmaq üçün Hacı Səməd xan tərəfindən göndərilmişdir.
Uzaqdan «Allahümmə səlli əla Mühəmməd və ali Mühəmmədə? səsləri eşidildi. Məscidin qabağında duranların hamısı boynunu qeyri-təbii olaraq zürafə kimi qabağa uzatdı və aralıqda sanki ani bir həyəcan başladı. Hamının gözü salavat səsi gələn tərəfə baxırdı.
Məşədi Kazım ağa mənə tərəf dönərək:
– Ağanı gətirirlər, – dedi və boynunu yenə də irəliyə uzatdı.
Gündüz idi, açıq hava idi, ağanın qarşısında iyirmiyə qədər yandırılmış fanar çəkirdilər. Mən heyrətlə Məşədi Kazım ağaya baxdım və onu dümsükləyib soruşdum:
– A kişi, gündüz saat beşdə bu nə fanardır?
– Ağanın şəni, mərtəbəsi bundan da ucadır, – dedi və yenə də irəli soxuldu. Mən yenə də soruşdum:
– Bilirəm ağanın şəni bundan ucadır, mənim dediyim odur ki, günəş olduğu zaman fanar nə lazımdır?
Məşədi Kazım ağa:
– Bixəyal olun, varlığa nə darlıq? – deyərək ağanı uzunqulaqdan düşürmək üçün səkidən yerə atıldı.
Ağa palanı çox gözəl xalçadan tikilmiş bir uzunqulaq minmişdi, uzunqulaq çox da sürətlə gedə bilmirdi. Ağa sağda və solda gələnlərin salamını alaraq csalaməleykümə və «əleykəssalam» deyərək başını o tərəf-bu tərəfə çevirir, sanki çiyinlərini qapa-qapa gedirdi. Çox qəribə burasıdır ki, o, ətrafındakı dübbələrə heç də əhəmiyyət vermirdi, çünki neçə illərdir ki, axund bu hoqqabazlara öyrənmişdi. Məşhur dübbələrdən Mirzə İbrahim Əkbərzadə və Ağa Seyid Məhəmməd qollarını çırmayıb uzunqulağın üzəngisindən tutub gəlirdi. Onlar üzünü camaata tutaraq:
– Ağalar, bir salavat! – deyə qışqırdıqda hər tərəfdən salavat səsləri eşidildi.
Uzunqulaq məscidin qabağında dayanan kimi camaat hücum edib ağanı uzunqulağın üstündən götürdülər və əllərinin üstündə məscidə gətirdilər.
Mir Müfid ağanı məscidin ortasında yerə qoydular, camaat dərhal yerini tutdu. Yenə də səs eşidilmirdi, camaat çox sakit idi.
Mən ağaya diqqət verirdim. O, minbərə yaxınlaşıb minbərin qollarından öpdüyü zaman onun diksindiyini hiss etdim. O, tez başını qaldırıb ağzını və bığlarını sildiyi və özünü bir az şaşırdığı zaman Məşədi Kazım ağa mənə pıçıldadı:
– Ağanın atasını dalısına sarıdılar.
Mən təəccüblə soruşdum:
– Nə üçün? Mən də bir şey hiss etdim, nə olubdur?
– Nə olacaqdır? Minbərin qollarını yapışqan ilə suvamışlar, ağanın ağzı və bığları bir-birinə yapışıbdır.
Mən bu sözdən sonra gözümü ağanın üzünə zilləyib baxırdım. Onun ağzı açıq qalmışdı, çünki dodaqlarını yumduqda bığları ilə saqqalı bir-birinə yapışırdı. O, minbərdə oturduğu zaman əlini əbanın altından yanlarına uzadıb qurdalanırdı, altındakı döşəyi o tərəf-bu tərəfə çəkirdi. Tez-tez qalxıb, yenə də otururdu. Şübhəsiz ki, bu yapışqanın nəticəsi deyildi. Nəhayət, Məşədi Kazım ağa mənim bu-
– nunla maraqlandığımı hiss edərək dedi:
– Ağanı yaman yerindən oxlamışıq. Döşəyinin üstünə yüzdən yuxarı iynə taxıblar.
Ağanın minbər üstündə qurdalanması on dəqiqədən yuxarı çəkdi, bu müddətdə camaat gah €Ya Əlil qışqırır, gah da peyğəmbər və onun övladına salavat göndərirdi.
Ağa döşəyi götürüb quru taxtanın üstünə əyləşdi və üzünü çevirib məsciddə oturan camaata nəzər saldığı zaman, camaatın üzündə cürbəcür oyunlar və ədalar görmək mümkün idi. Lakin ağa bunların heç birisi ilə məşğul deyildi.
Ağa heç kəsin, hətta özünün də anlamayacağı tərzdə bir xütbə oxumağa başladı, camaat isə çox sakit oturub baxırdı. Xütbə çox uzun çəkmədi, çünki axund hər iki tərəfdən əziyyət çəkirdi. Bir tərəfdən döşəyə taxılmış iynələr yumşaq yerinə dolmuşdu, o biri tərəfdən danışdığı zaman bığ-saqqalı bir-birinə yapışırdı. Ağa Allahın öz bəndələrinə olan mərhəmətindən və onun hər bir işə qadir olduğundan və onun min bir adından dedikdən sonra üzünü çox əzəmətlə camaata tutub dedi:
– Xudavənd təbarək və taalaya min şükür!
Bu söz ağanın ağzından çıxan kimi məsciddə camaat xor oxumağa başladı. Sanki onların hamısı bir-biri ilə sözləşmiş və vaxt ikən hazırlaşmışdı.
«Min şükür xudavəndi-cahanın kərəminə,
Heç olmaz belə gərdən, belə sinə,
Dolan gəl beləsinə, beləsinə.
Mən təəccüblə ətrafıma baxmağa başlamışdım. Hamı oxuyurdu, hətta yanımda oturan Məşədi Kazım ağa və Hacı Əli Həriri də oxuyurdu. Məscidi sakit saxlamaq üçün Hacı Səməd xan tərəfindən göndərilən sərbazlar da əldə tüfəng olaraq bu xorda iştirak edirdi, ağa isə fürsətdən istifadə edib yenə də əbanın altında qurdalanırdı, görünür ki, şalvarına daraşmış iynələri yavaş-yavaş təmizləyirdi. Bu vəziyyət çox uzun çəkdi. Sərbazlar yerə oturduğu zaman xor bitdi.
Ağa məclisin sakit olmasını görüb yenə də üzünü camaata çevirdi və:
– Bəh, bəh! Yaxşı cəmiyyət etmişsiniz, – dedi və xütbəsinin mövzusu ilə əlaqədar olaraq bir şeir oxudu:
Əbr, bad, məhü xurşid, fələk dərkarənd,
Ta tü nani bəkəf ari və bə qəflət nə xuri./
Təbiidir ki, bu şeirdə heç bir fövqəladəlik yox idi. Bu şeiri eGülüstanə kitabında yalnız yaşlılar deyil, on beş yaşında məktəbli uşaqlar da oxuyub bilirdi, buna baxmayaraq, məsciddəkilər böyük bir təəccüblə bir-birinin üzünə baxıb dilini damağında marçıldadırdı. Bu da çox uzun çəkdi, nəhayət, sərbazlar yerindən qalxıb:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-mezhekeler-mescidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Amerika xariciyyə naziri Fyuz öz nitqində demişdir ki, Amerika müharibəyə torpaq işğal etmək üçün deyil, kiçik millətlərin azadlığı səbəbinə iştirak etmişdir.*Aləmi-insanı abad eylədik, əlbəttə ki!
Edərik bizİnkiltərədə dörd günlük seçki kampaniyası vaxtında 40 min nitq söylənmişdir.*Qırx min kərə bir nəğməni izhar edərik biz,
Varımızdır!Amerikanın Nyu-York şəhərində on bir yaşında uşaq inqilabi ədəbiyyat satdığı üçün həbs olunmuşdur.*Əlbəttə ki, hürriyyəti-vicdan varımızdır,
Əhli-şəriətİngiltərə tərəfdarlarından məşhur Seqətülislam Tehrana gəlib camaat tərəfindən təntənəli surətdə pişvaz olmuşdur. Seqətülislam inkilis tərəfdarlarının parlamana intixab olunmaq tərəfdarıdır.*Hər rəngə girər istəsə gər əhli-şəriət
Стихи других поэтов
بسی کار دشوار کآسان کنند
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,